Çex qazı Facebook Twitter LinkedIn

Çex irsi olan qaz cinsi


  • Çex qazı
  • Kəkilli çex qazı
  • Qazlar cinsiyyətinin müəyyənləşdirilməsi
  • Çex qazının yetişdirilməsinin məqsədi
  • Çex qazlarının yetişdirilməsi
  • Satış üçün inkubator yumurtaları
  • Çex qazı haqqında yazılar
  • Qaz ətini yeyin - qazı qoruyun!
  • 

    Çex qazı

    Çex qazı yeqanə əslən Çexiyadan olan qaz cinsidir. Bu cins Çexiyada bir neçə fəsillər qorunmaqdadır.

    foto Çex qazı

    Başqa qaz cinsləriylə müqayisədə Çex qazı nisbətən kiçikdir ancaq dözümlüdür, havaya davamlıdır, yemləmə və yetişdirilməyə tələbsizdir. Bu qazlar yumurtalarını kürt yatmaq və balalarını böyütmək üçün çox yaxşı analıq instinktinə malikdirlər.

    Çex qazlarının lələkləri yüksək keyfiyyətlidir və diqər lələk növləri ilə müqayisədə tərkibində nisbətən çox tük var. Əsrlər boyu qaz tükü yastığların doldurulması üçün istifadə olunan ən dəyərli material olub.

    Çox yaxşı otlama sayəsinə qörə Çex qazları kiçik genişlənən əkinçilik üçün eləcə də həvəskar fermerlər üçün əla yetişdirmə cinsidir.Kiçik ölçü səbəbindən ümimi ət istehsalı bir qədər aşağı olur. Bu səbəbdən Çex qazı boyük hibrid olunmuş broyler qazlarıyla rəqabət apara bilməz. Ancaq onun üstünlüyu böyük xəlis ətin çıxış faizında və ətinin yüksək keyfiyyətində olmaqdadır, hansı, ki daha zərif və dadlıdır.

    Ağır çəkili qaz cinsləri ilə və broyler qazları ilə müqayisədə Çex qazları daha aşağı yemləmə tələb edirlər bu üzdən onları yetişdirmək az xərc aparır.

    Çex qazı bir zaman Çexiyanın kəndlərində qeniş yayılmışdır. Əsasən cənubi və qərbi Bohemiyada qaz yetişdiriməsi kiçik fermerlər üçün əsas pul qəliri sayılırdır. 19-cu əsrin ortasına kimi hər il 50.000-dən çox qaz Bavariya (Almaniya) şəhərinə, 1000 tondan çox qaz tükü Almaniyaya, Fransaya, İsveçrəyə və Nederlandlara, 100 ton qaz yumurtası isə Almaniyaya,Belçikaya və hətta İngiltərəyə ixrac olunurdu.

    Cinsın təsviri

    Çex qazı

    Çəkisi
    erkək qaz 5,5-6,6 kg
    dişi qaz 3,5-5,6 kg

    Yumurta vermə 10-20 yumurta

    Yumurtanın çəkisi 120 g

    Yumurtanın rəngi

    Faydalanma əti, lələk, (yumurta)

    Halqanın ölçüsü
    erkək qaz 24 mm
    dişi qaz 24 mm


    Copyright © Çex qazı, 2006-2024. Bütün hüquqlar qorunur. Son yenilənmə 22. noyabr 2023